Tərlan Əhmədov danışılmış oyunlara görə dindiriləcək?

27 Dekabr 2019 16:42 Şamaxı 2 305
Tərlan Əhmədov danışılmış oyunlara görə dindiriləcək?

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun adı məşhur qalmaqalda hallanır.

Sportinfo.az-ın əldə eytdiyi qeyri-rəsmi məlumata görə, onun hüquq-mühafizə orqanları tərəfindən sorğulanması gözlənilir.

Bu, "Keşlə"nin məşqçisi Mehman Babayev və inzibatçı Asif Səfərovun işi ilə bağlıdır. Artıq bu şəxslərin futbol sahəsindən ömürlük kənarlaşdırılıması ilə bağlı bir qədər əvvəl AFFA-nın İntizam Komitəsi qərar çıxarıb. İndi bütün nəzərlər Babayev və Səfərovla birgə bu "trio"nun sonuncu üzvü Tərlan Əhmədova yönəlib.

Belə bir informasiya var ki, Səfərov izahat verib sərbəst buraxıldığı gün "Keşlə"nin çalışdırıcısı ilə görüşüb. Bu görüşdən sonra Tərlan bəy bir çox tanışlarıyla əlaqələrini "dondurub". Onların arasında 2 il öncə "Qarabağ"dan uzaqlaşdırılan Namiq Yusifov da var.

Ümumiyyətlə, Cəmşid Məhərrəmovun saxlanılmasından sonra danışılmış oyunların üstünün açılması prosesi sürətlənib.

AFFA-nın 28 futbol adamını bu sahədən ömürlük uzaqlaşdırması, 60-a yaxın futbolçu və məşqçinin, klub rəsmisinin polisə çağırılması, Babayevlə Səfərovun izahatının alınması hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyətinin təqdirəlayiq olduğunu göstərir.

Gedişat deməyə əsas verir ki, futboldakı çirkin olayların araşdırılması üzərində ciddi iş gedir və tədricən çox mətləblərin üstü açılacaq. Başqa sözlə, "maska"sı yırtılanların əsl kimliklərini öyrənəcəyimiz gün uzaqda olmamalıdır.

Hər halda müvafiq instansiyalar idmanın "şah"ının ətrafına soxulmuş pisniyyətli və tamahkar ünsürlərin aşkarlanması, onların layiqli cəzalarını alması üçün həqiqətən böyük səy göstərir.

Digər Xəbərlər
Xəbər Lenti