Adı oyun "alveri"ndə hallanan bu şəxslər "Keşlə"dən qovuldu!

27 Dekabr 2019 11:57 Şamaxı 1 362
Adı oyun "alveri"ndə hallanan bu şəxslər "Keşlə"dən qovuldu!

“Keşlə”nin əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçı Asəf Səfərovun danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunmasından xəbərdarsız.

Adı çəkilən şəxslər 2017-ci ildə “Binə”dəki fəaliyyətlərinə görə izahat veriblər.

Sportinfo.az-ın məlumatına görə, hər iki şəxs bu işdə yardımçı olmaları üçün “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundova minnətçi düşüb.

Klub rəhbəri isə onların xahişini geri çevirib və işdən azad olunmalarına dair göstəriş verib. Yaxın günlərdə bu qərarın rəsmən açıqlanması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"