"Keşlə"də bizdən xahiş edirlər ki..." - PARAQVAYLI BOMBARDİR

26 Dekabr 2019 13:40 Şamaxı 1 366
"Keşlə"də bizdən xahiş edirlər ki..." - PARAQVAYLI BOMBARDİR

Premyer Liqada yaranmış fasilədən istifadə edən "Keşlə"nin bombardiri Lorenso Frutos Paraqvaya yollanıb.

Sportinfo.az xəbər verir ki, vətənində istirahət edən 30 yaşlı hücumçu Paraqvay mətbuatına maraqlı açıqlamalar verib.

Azərbaycanda sevimli seriallarına baxa bilmədiyini deyən Frutos həmyerlilərinə əhalinin əsasən müsəlman olması və gündə 5 dəfə namaz qılmasından, Bakının gözəlliklərindən, kuboku qazanmaq hədəflərindən və.s. danışıb.

"Rəqəmsal zonada məhdudiyyət olduğuna görə "Zodiak cəngavərləri" və ya "Superçempionlar" serialına baxa bilmirəm. Amma orada insanlar mehriban, daha çox səmimi və rəsmidirlər. Əksəriyyəti müsəlmandır, gündə beş dəfə namaz qılırlar. Eyni zamanda əcnəbi mədəniyyətə də hörmətlə yanaşırlar. Sezar Meza Kolli və Franko Floreslə birlikdə komandanın yeganə cənubi amerikalıları olduğumuzdan, oyunlardan əvvəl atmosferi canlandırmaq üçün musiqi qoşub oynayırdıq. İndi özləri bizdən xahiş edir ki, komandanı bir az ruhlandıraq. Bundan başqa, özümü ingilis dilində yaxşı idarə edirəm. Ancaq gündəlik həyatda bəzən qarışıqlıq yaranır. Çünki orda hər kəs ingilis dilində danışmır. Məsələn, bir dəfə yoğurt almaq istədim, amma südlü qaymaq verdilər. Çünki etiketdə yazılanı başa düşmədim".

"Yaşadığımız paytaxt Bakıya gəlincə, ölkənin bütün şəhərlərindən fərqlidir. Küçələrdən keçirsiniz və heç bir cinayət görmürsünüz. Bakı həqiqətən də dünyanın bir nömrəli şəhəridir. Bu, oynadığımız stadionlarda da belədir. Getdiyimiz, oynadığımız yerlər olduqca müasirdir. Mədəniyyət baxımından tam fərqli yer olsa da, hər şey əsl Avropa üslubundadır. Orada yaxşı təşkilati işlər görə bilərsiniz".

"Hazırda Premyer Liqada üçüncü yerdəyik. Bu cür davam etsək, hədəflərimizdən biri olan Avropa Liqasına vəsiqə qazanarıq. Əlbəttə ki, indi yalnız çempionat barədə düşünürük. Qarşıda mövsümün hələ ikinci yarısı var. Əsas hədəf isə həmişə kubokdur".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"