Axundov "Keşlə"nin büdcəsini hara xərcləyib?

24 Dekabr 2019 19:50 Şamaxı 1 052
Axundov "Keşlə"nin büdcəsini hara xərcləyib?

2019-cu ilin sonuna sayılı günlər qalmış "Keşlə"nin büdcəsində kəsir əmələ gəlib. Sportinfo.az-ın məlumatına görə, bu, maliyyə hesabatı zamanı məlum olub.

Büdcədə vəsait çatışmazlığının səbəbkarı isə Zaur Axundovdur. Müşahidə Şurasının sədri büdcədə nəzərdə tutulmayan xərclərdən çox istifadə edib.

Axundov son bir neçə ayda xeyli sayda şəxsi klubun ştatına götürüb və əməkhaqqı verdirib. O cümlədən, əsas komandaya planlaşdırıldığından xeyli artıq məbləğdə mükafat ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti