"Keşlə" yeni transfer üçün nə qədər xərc çəkib?

21 Dekabr 2019 22:25 Şamaxı 1 831
"Keşlə" yeni transfer üçün nə qədər xərc çəkib?

"Keşlə" qış fasiləsi yaranmamış ilk transferini reallaşdırdı. Şohruh Qadoyev karyerasını paytaxt təmsilçisində davam etdirəcək. "Keşlə" Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzaladı.

27 yaşlı sol cinah yarımmüdafiəçisi karyerasına "Nasaf"da başlayıb. Daha sonra Bəhreynin "Al-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının şərəfini qoruyub.

Qadoyev Özbəkistan millisinin heyətində 14 oyun keçirib və 1 qol vurub.

Sportinfo.az-ın məlumatına görə, asiyalı legioner "Keşlə"də 9500 dollar maaş alacaq. Bakı klubu əvvəlcə ona 7500 dollar ödəməyə hazır olduğunu bildirib, sonra həm futbolçunun, həm də baş məşqçi Tərlan Əhmədovun təkidi ilə məvacibi artırmağa razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti