"Azərbaycan kubokunu almışamsa, mən niyə indi..."

20 Dekabr 2019 10:52 Şamaxı 946
"Azərbaycan kubokunu almışamsa, mən niyə indi..."

"Vorskla"nın baş məşqçisi Yuri Maksimov Ukrayna kubokunu qazanmağı hədəfləyir. Sportinfo.az xəbər verir ki, "Keşlə"nin sabiq çalışdırıcısı bu arzusunu dilə gətirib.

2017-18 mövsümündə onun çalışdırdığı "Keşlə" Azərbaycan kubokunun qalibi olub. 51 yaşlı mütəxəssis kubok oyunlarını sevdiyini və xoş xatirələrinin olduğunu bildirib:

"1/4 final mərhələsindəki rəqibimiz "Desna" yaxşı vəziyyətdədi. Ancaq kubok oyunları fərqli olur. Kubok turnirləri ilə bağlı xoş xatirələrim var.

"Dinamo" və "Verder"in heyətində futbolçu kimi Ukrayna və Almaniya kubokunu qazanmışam. Məşqçi kimi "Keşlə" ilə Azərbaycan kubokunu almışam. Bunları etmişəmsə, niyə zirvənin fəthində "Vorskla" ilə görüşməyək?".

Digər Xəbərlər
Xəbər Lenti