"Keşlə"dən Ağabala Ramazanova son təklif - 200 minlik

11 Dekabr 2019 19:42 Şamaxı 1 430
"Keşlə"dən Ağabala Ramazanova son təklif - 200 minlik

"Keşlə" milli komandamız və "Səbail"in hücumçusu Ağabala Ramazanovdan əl çəkmək fikrində deyil.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu 26 yaşlı futbolçuya son təklifini edib. Ancaq Ramazanov 200 minlik müqaviləyə "yox" deyib.

Zaur Axundovun futbolçulara qarşı kobud rəftarından xəbərdar olan forvard bu səbəbdən "Keşlə"yə keçməyə tərəddüd edir. Axundov isə Ağabalanın qardaşı Zaur Ramazanovdan kömək istəyib. O, Zaurdan qardaşını keçidə razı salmasını xahiş edib.

Yeri gəlmişkən, Özbəkistan millisinin üzvü Şohruh Qadoyevin "Keşlə"yə transferində də Ramazanov vasitəçilik edib.

Digər Xəbərlər
Xəbər Lenti