Tərlan Əhmədovdan "Neftçi" üçün tarakan dərmanı

10 Dekabr 2019 00:42 Şamaxı 1 014
Tərlan Əhmədovdan "Neftçi" üçün tarakan dərmanı

«Keşlə»nin son vaxtlar ev oyunlarını keçirdiyi «ASCO Arena»da maraqlı fakt aşkarlanıb. Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi rəqiblərin istifadə etdiyi paltardəyişmə otaqlarına «əl gəzdirib».

Belə ki, «Keşlə»nin nümayəndələri oyunlardan 3-4 saat əvvəl paltardəyişmə otağına tarakan dərmanı səpib və divarlara təbaşirlə ox işarələri çəkib.

Kiçik araşdırmalan sonra məlum olub ki, klub işçiləri bunları Tərlan Əhmədovun göstərişi ilə edib. Baş məşqçi bu kimi «şamanvari» yollarla rəqibləri üstələməyin mümkün olduğuna inanır.

Bu əməlin üstünü isə «Neftçi»dən açıblar. «Ağ-qaralar» Bayılda 1:2 hesabıyla uduzduqları matçdan sonra paltardəyişmə otağını təmizləyərkən, gördüklərindən şoka düşüblər.

Digər Xəbərlər
Xəbər Lenti