"Qarabağ"a vurulan qol mənim adıma yazılsaydı, əla olardı”

7 Dekabr 2019 00:14 Şamaxı 1 344
"Qarabağ"a vurulan qol mənim adıma yazılsaydı, əla olardı”

“Keşlə”nin hücumçusu Ruslan Qurbanov “Qarabağ”la matçın 40-cı dəqiqəsində komandasının vurduğu qolun rəqib komandanın yarımmüdafiəçisi Hacıağa Hacılının adına yazılmasından narazılıq edib.

Sportinfo.az xəbər verir ki, o, “feysbuk” hesabında bunları yazıb: “10 ildir ki, qol vurmadığım tək komanda “Qarabağ”dı. Bu gün onlara da qol vurdum, amma niyə avtoqol yazılıb?

Sualım böyük futboldan başı çıxanlaradı ki, Ronaldo və Messi belə qol vuranda onların adına, yoxsa avtoqol yazılır? Bu, önəmli olmasa da, istənilən halda qol mənim adıma yazılsaydı, əla olardı”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"