"Premyer Liqada oynamağa hazıram" - "Keşlə"nin gənc forvardı

6 Dekabr 2019 22:23 Şamaxı 1 075
"Premyer Liqada oynamağa hazıram" -

"Premyer Liqada ilk oyunum olduğuna görə bir az həyəcan var idi. Oyunun çətin keçəcəyini bilirdik. Belə də oldu. “Qarabağ” kimi komandadan xal ala bildik. Mənə şans verdiyinə görə Tərlan Əhmədova təşəkkür edirəm. Əlimdən gələni etdim". Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin gənc hücumçusu Xəzər Mahmudov deyib.

Premyer Liqanın 14-cü turunun “Qarabağ”la görüşündə 90 dəqiqə meydanda olan forvard öz oyununu şərh etmək istəmədiyini bildirib: “Qarabağ” kimi komandaya qarşı hamı oynamaq istəyər. Motivasiyam çox yaxşı idi. Meydana çıxdım və öz oyunumu oynadım. Oyunumun nə qədər alındığını məşqçilər korpusu deyə bilər. Tərlan Əhmədovdan soruşsanız daha yaxşı olar. Tito Frutosun əvəzləyicisi ola bilərəmmi? Premyer Liqada oynamaq üçün özümü hazır hiss edirəm. Rəqabətə də hər zaman hazıram. Ölkə kubokunda iki qol vurmuşdum. Bunun davamını gətirmək istəyirəm”.

“Qarabağ”ı ölkə kubokunda keçmək? Gələcək göstərəcək. İnşallah keçərik onları. Məğlubedilməz komanda yoxdur" deyə, Xəzər Mahmudov fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti