"Keşlə" "ASK Arena"da nə vaxt oynayacaq? - AÇIQLAMA

5 Dekabr 2019 16:46 Şamaxı 1 836
"Keşlə" "ASK Arena"da nə vaxt oynayacaq? - AÇIQLAMA

"Meydanın örtüyü süni ot olduğuna görə son tamamlama işləri qalmışdı. Stadion artıq təhvil verilib".

Bu sözləri Sportinfo.az saytına açıqlamasında "Keşlə"nin mətbuat xidmətinin rəhbəri Murad Axundov deyib.

"ASK Arena"da aparılan tamamlama və yenidənqurma işlərinin başa çatdığını deyən klub rəsmisinin sözlərinə görə, "Keşlə" yeni ildən etibarən ev oyunlarını doğma stadionunda keçirəcək.

"Biz stadionu təhvil alanda qış fasiləsinə iki ev oyunumuz qalmışdı: "Sumqayıt"la Premyer Liqa və "Kəpəz"lə kubok görüşü. Artıq bu oyunları keçirdik. Stadionun ot örtüyünün bir qədər bərkiməsi üçün qərara gəldik ki, qışa qədər gözləyək, onsuz da çempionatda fasilə yaranacaq. İnşallah, qış fasiləsindən sonra öz stadionumuza qayıdırıq. Ev oyunlarımız "ASK Arena"da olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu