"Uduzmağa haqqımız yox idi" - "Keşlə"nin qapıçısı

4 Dekabr 2019 14:45 Şamaxı 697
"Uduzmağa haqqımız yox idi" -

“Keşlə”nin qapıçısı Rəşad Əzizli Sportinfo.az-a müsahibə verib:

- “Kəpəz”lə oyun haqqında fikirlərin necədir? Matçın bu qədər çətin alınacağını ehtimal edirdin?
- Kubokun 1/8 final mərhələsi bir oyundan ibarət olur. Həm də rəqibimiz birinci divizion komandası idi deyə, istər-istəməz motivasiya olmaq çətin olur. Həm də "Kəpəz" də zəif deyildi. Gəncə klubu istəkli idi, yaxşı oynadılar.

- İlk yarıda “Kəpəz” hesabı bərabərləşdirə bildi, siz isə meydanda azlıqda qaldınız. Məğlub ola bilərdiz.
- Matçın əvvəllindən hiss olunurdu ki, bu oyunu asanlıqla uda bilməyəcəyik. Fasiləyə gedərkən hesabın 1:1 olması bizə yaxşı təsir etdi. İkinci hissəyə toparlanıb çıxdıq və qalib gəldik. Uduzmağa haqqımız yox idi.

- Tərlan Əhmədov oyundan sonra dedi ki, “fasilədə uşaqlara sərt ifadələr söylədim ki, özlərinə gəlsinlər”. Maraqlıdır, baş məşqçi nə dedi?

- Baş məşqçinin dediyi söz paltardəyişmə otağında qalır. Onun kənara çıxması düzgün deyil. Rəqibi saymazlıqdan söhbət gedə bilməz. Hər bir komandaya hörmətlə yanaşırıq.

- "Kəpəz"in qolu çox baxımlı alındı. Həmin epizodda topa niyə çata bilmədin?
- Cərimə zərbəsindən vurulan çox qol baxımlı olur. Çata bilməməyimin səbəbi öz tərəfimi bağlamağım idi. Məsafə böyük idi, "doqquzluğ"a gedən topa çatmaq çətin olur.

- “Keşlə”nin növbəti mərhələdəki rəqibi “Qarabağ” olacaq. Artıq komandanız üçün kubok xəyalı başa çatır, yoxsa “Qarabağ”ı da keçəcək gücdəsiniz?
- İlin axırında hələ üç oyunumuz qalıb. Üçü də “Qarabağ”a qarşıdır. “Qarabağ”la kubok oyunumuz evdə və səfərdə olacaq. Hələ necə olacağını bilmək olmaz.

- “Keşlə”nin heyətində cari mövsüm ilk oyununa çıxdın. Uzun müddətdir ki, oynamırdın. Stanislav Namaşko ilə rəqabət aparmaq çətindir?

- Rəsmi görüşlərdə ilk oyunum idi. Oynayıb-oynamamağım baş məşqçinin işidir. Ona da hörmətlə yanaşıram. Ancaq rəqabətin çətin olduğundan söhbət gedə bilməz. Heç bir problem yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti