Zaur Axundovun təhqirlərindən bezdilər – ŞİKAYƏT VAR

3 Dekabr 2019 17:00 Şamaxı 1 109
Zaur Axundovun təhqirlərindən bezdilər – ŞİKAYƏT VAR

"Keşlə"nin müşahidə Şurasının sədri Zaur Axundovdan AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinə şikayət olunub.

Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib. Redaksiyamıza bildirilib ki, bir qrup hakim klub rəhbərinin onlara münasibətindən komitə sədri Fritz Stuxlikə narazılığını dilə gjətirib.

Belə ki, Axundov komandasının oyunları zamanı bir qayda olaraq tribunadan "fit sahibləri"nin ünvanına təhqirlər yağdırır, onları hədələyir və bununla, verdikləri qərarlara təsir göstərir.

MŞ sədri bir neçə dəfə hakimlər briqoadasına yaxınlaşaraq, özünü "vurub-yıxan" kimi göstərib və AFFA-nın baş katibi Elxan Məmmədovla münasibətlərinin yaxınlığına eyham vurub.

Digər Xəbərlər
Xəbər Lenti