"Sumqayıt"ın "Qarabağ"ı udması bizi qorxutmurdu" - Premyer Liqanın bombardiri

30 Noyabr 2019 20:47 Şamaxı 1 117
"Sumqayıt"ın "Qarabağ"ı udması bizi qorxutmurdu" - Premyer Liqanın bombardiri

"Keşlə"nin hücumçusu Lorenzo Frutos Premyer Liqanın XIII turunda "Sumqayıt"ı 2:1 hesabı ilə udduqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Bu gün qol vuraraq, həm komandanıza qələbə qazandırdız, həm də bombardilər yarışında ilk pilləyə yüksəldiz. Yəqin, sizin üçün ikiqat sevinc olar...

- Qol vurduğuma görə sevinirəm. Amma daha çox qələbəya görə şadam. Ağır oyun oldu. "Sumqayıt" çox yaxşı komandadır. Bu qələbə bizim üçün vacib idi. Sonadək mübarizə apardıq, komanda oyunu sərgilədik.

- "Sumqayıt" əvvəlki turda "Qarabağ"a qalib gəlmişdi. Bu amil oyundan öncə sizi qorxudurdu?

- Əlbəttə, qorxutmurdu. "Sumqayıt"ın yaxşı komanda olduğunu bilirdik. Ötən tur "Qarabağ"a qalib gəldikləri oyunu da izləmişdik. Amma bizim üçün bugünkü qələbə çox vacib idi. Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik, buna da nail olduq.

- Necə düşünürsüz, "Qarabağ"la çempionluq uğrunda mübarizə apara bilərsiz?

- Düşünürəm ki, böyük hədəflərə çatmaq üçün yaxşı heyətimiz var. Növbəti oyunlara da qələbə qazanmaq üçün çıxacağıq.

- Sizcə, sona kimi bombardirlər yarışında zirvədə qala biləcəksiz?

- Mən komandamın uğur qazanması üçün oynayıram. Əsas məqsədim budur. Qollarımla komandaya kömək oluramsa, bu, məni daha çox sevindirir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"