Rəşad Sadiqov: "Bir yeməyi ikinci dəfə yeyəndə iyrənirsən"

30 Noyabr 2019 19:58 Şamaxı 1 181
Rəşad Sadiqov: "Bir yeməyi ikinci dəfə yeyəndə iyrənirsən"

"Keşlə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Premyer Liqanın XIII turunda "Sumqayıt" üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Qələbə qazansanız da, bu gün Sezar Meza Kollinin yoxluğu hiss olundu. Ümumiyyətlə, oyun sizin üçün necə keçdi?

- Gəlin, reallığı danışaq. Bu gün "Neftçi" və "Qarabağ" gücünə görə yerdə qalan 6 komandadan seçilir. Digər klublar bərabər səviyyədədilər. Kim oyuna daha yaxşı və düzgün hazırlaşırsa, o da qələbə qazanır. Biz Sezarın oynadığı matçlarda da, Sezarsız oynadığımız görüşlərdə də əziyyət çəkmişik. Bu, elə bir oyun idi ki, 3 xal hava-su kimi lazım idi. Tərlan müəllim oyundan öncə demişdi ki, necə oynayırsız, oynayın, qələbə qazanın.

- Bu gün meydana çıxacağını gözləyirdin?

- Meydana çıxmağım gözlənilmədən oldu. Özünüz də gördüz ki, isinmə hərəkəti etmədən meydana çıxdım. Mənə fərqi yoxdur. Amma istər-istəməz ağırdır. Neçə vaxtdır oynamıram.

- Meydana çıxıb, çox rahat oynadın. Bunu çempionatın aşağı səviyyədə olması ilə əlqələndirmək olarmı?

- Məncə, əvvəlki rəqabət yoxdur. Əvvəl elə hücumçular var idi ki, arxasınca çata bilmirdin. İndi oynamaq rahatdır. Çox uzağa getməyək, "Qarabağ"da Ndlovu var idi. Adam ona qarşı oynamağa çətinlik çəkirdi. O vaxt Kanales, Mendi kimi hücumçular oynayırdı. Həm də 8 komandalı çempionatda səviyyə istər-istəməz aşağı olur. Bir komanda ilə mövsüm ərzində, kuboku da saysaq, 6 dəfə oynayırsan. Bir yeməyi ikinci dəfə yeyəndə iyrənirsən.

- İkinci pillədəsiz. Amma "Keşlə"yə bu heyətlə fasilədən sonra çətin olacaq...

- Hamıya oynamaq çətindir. Rəqabət olan yerdə çətinlik də olur. Hər komanda sona kimi mübarizə aparır. Yəqin, qış fasiləsində heyətimiz güclənər. Çünki avroluboklara vəsiqə qazanmaq istəyirik. Bizə fərqi yoxdur, 2 və ya 3-cü yer olsun. İstəyimiz Avroliqaya düşməkdir.

- Qışda yaxşı futbolçular gəlsə, karyeranı bitirəcəksən?

- Kimin gəlməyinin fərqi yoxdur. Kömək lazımdırsa, əlimdən gələni edəcəm. Belə oyunlar çox olacaq. Zədələr, cəzalar ola bilər. Bu gün də lazım oldum ki, oynadım. Gedişat başqa cür olsaydı, oynamayacaqdım. Zədələr, cəzalar qaçılmazdır. Heyətdə ən azı 22 futbolçu olmalıdır.

- Uzun illər "Qarabağ"da oynamısan. Səncə, Ağdam klubu indiyə kimi düşdüyü ən münasib qrupdan niyə çıxa bilmədi?

- "Neftçi qrupa düşənə qədər hamı ora düşməyi arzulayırdı. Biz bu fikirlərlə böyüyürdük. Elə ki qrupa düşdük, indi ordan çıxmağı arzulayırıq. Çünki iştah dişin altındadır. Amma nəzərə almaq lazımdır ki, qrupda rəqiblər güclü olur. Deyərdim ki, bu, Azərbaycan futbolu üçün pik nöqtədir. "Qarabağ" ardıcıl ora düşdüyü üçün hamı çox şey istəməyə başladı. Məncə, düzgün yanaşma deyil.

Mirbağırağa CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti