"Keşlə" "Zirə"yə niyə bu cür uduzdu?

26 Noyabr 2019 21:00 Şamaxı 1 339
"Keşlə" "Zirə"yə niyə bu cür uduzdu?

"Keşlə" Premyer Liqanın 12-ci turunda məğlubiyyətlə üzləşdi. Tərlan Əhmədovun komandası səfərdə "Zirə"yə 1:3 hesabıyla uduzdu.

Qonaqların baş məşqçisi mətbuat konfransında zəif təsir bağışladıqlarını, futbolçularını tanıya bilmədiyini etiraf etsə də, konkret səbəbi açıqlamadı.

Sportinfo.az "Keşlə"nin düşərgəsindən bununla bağlı maraqlı məlumat əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, legionerlər 2 aya yaxındır yubanan maaşlarının ödənilməsini istəyiblər. Amma onlara bildirilib ki, gecikmə SOCAR-dan qaynaqlanır və problemin hissə-hissə həlli nəzərdə tutulub.

Bu cavab əcnəbi futbolçuları qane etməyib. Con Kamaranın özünə bənzəməməsindən, Sezar Meza Kollinin ikinci hissənin əvvəlində rəqibə dirsəklə zərbə endirib qırmızı vərəqə almasından da bunu başa düşmək olar.

Baxmayaraq ki, Müşahidə Şurasının sədri "Neftçi" üzərində qələbəyə görə əsas heyət üzvlərinin hər birinə 2500 manat mükafat paylayıb. Həmçinin "Səbail"lə heç-heçəyə 1000 manat verib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!