Millimizin baş məşqçisi ilə kapitan arasında MÜƏMMA

17 Noyabr 2019 21:27 Şamaxı 1 403
Millimizin baş məşqçisi ilə kapitan arasında MÜƏMMA

AFFA-nın rəsmi saytı AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya ilə qarşılaşacaq millinin heyətindən bir futbolçunun kənarlaşdırılması barədə xəbər yayıb.

Bildirilib ki, Maksim Medvedev zədəli olduğu üçün bu oyunda iştirak edə bilməyəcək. “Qarabağ”ın müdafiəçisi noyabrın 19-da Trnava şəhərində keçiriləcək oyuna yollanan heyətdən çıxarılıb.

Maksimin adı Uelslə dünənki matçın iştirak ərizəsinə də salınmayıb. Sportinfo.az-ın məlumatına görə, bu, yalnız oyundan 2 saat əvvəl dəqiqləşib. O, məşqdə ayaq əzələsini dartıb.

Buna baxmayaraq, Nikola Yurçeviç ondan israrla oynamasını istəyib. Medvedev bu vəziyyətdə meydana çıxmasının sağlığı üçün ciddi təhlükə yaradacağını və düşərgəni tərk etmək istədiyini deyib.

Belədə xorvatiyalı mütəxəssis həkimlərdən növbəti dəfə rəy alıb, ona bildirilib ki, futbolçu 8-10 gündən tez məşqlərə başlaya bilməz, istirahət etməsi lazımdır.

Yurçeviç diaqnozla tanış olandan sonra Maksimin adını ilkin siyahıdan çıxarıb, amma komandayla birgə stadiona gəlməsini tapışırıb: "Sən kapitansan, burada olmalısan".

Digər Xəbərlər
Xəbər Lenti