Zaur Axundov "kisənin ağzını açdı" - MÜKAFAT ARTIRILDI

15 Noyabr 2019 20:28 Şamaxı 1 748
Zaur Axundov "kisənin ağzını açdı" - MÜKAFAT ARTIRILDI

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov komandanı ruhlandıran addım atıb. Sportinfo.az-ın məlumatına görə, o, "Neftçi" üzərindəki qələbənin (2:1) mükafatını iki dəfə artırıb.

Məbləği 30 min manatdan 60 minə qaldıran Axundovun jesti futbolçuların sevincinə səbəb olub. Belə ki, əsas heyət üzvlərinin hər biri 2500 manat irəli düşüb. Şura sədri "Səbail"lə qolsuz bitən qarşılaşmaya da mükafat ayırıb. Bu isə 1000 manat təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"