Azərbaycanda kubok qazandı, Premyer Liqaya qayıdır

15 Noyabr 2019 14:21 Şamaxı 823
Azərbaycanda kubok qazandı, Premyer Liqaya qayıdır

"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov özünə yeni iş yer tapıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis "Vorskla" klubunu çalışdıra bilər. Məlumatı yerli "Futbol 1" telekanalı yayıb. Təyinatın yaxın günlərdə rəsmiləşəcəyi bildirilib. 50 yaşlı məşqçi bu postda Vitali Kosovskini əvəzləyəcək.

Qeyd edək ki, məşqçilik karyerasında Kiyev ÇSKA-sı, "Obolon", "Krivbass", Donetsk "Metallurq"u, "Mordoviya" (Rusiya) və "Taraz"ı (Qazaxıstan) çalışdıran Maksimovun son iş yeri "Keşlə" olub. Bakı klubu ilə ölkə kubokunu qazanan mütəxəssis 2018-ci ilin yayında Azərbaycandan ayrıldıqdan sonra işsiz idi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"