"Neftçi" fasiləyə qalib getdi, məğlub qayıtdı - FOTOLAR

10 Noyabr 2019 10:10 Şamaxı 538
"Neftçi" fasiləyə qalib getdi, məğlub qayıtdı - FOTOLAR

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, "ASCO Arena"da "Keşlə" "Neftçi"ni qəbul edib.

Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye vurub. Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb.

73-cü dəqiqədə Franko Flores cərimə zərbəsindən sonra Səlahət Ağayevin səhvindən yararlanaraq bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" 3-cü pilləyə enib.

Digər Xəbərlər
Xəbər Lenti