Tərlan Əhmədov: "Öz futbolçularımın arxasında durmalı idim"

9 Noyabr 2019 19:55 Şamaxı 809
Tərlan Əhmədov: "Öz futbolçularımın arxasında durmalı idim"

"Keşlə" - "Neftçi" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, Əhmədov meydanda baş verən xoşagəlməz hadisələrə toxunub:

"Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur. Onları heç kim aşağılaya bilməz. Öz futbolçularımın arxasında durmalı idim. İndiyədək elə bir futbolçu olmayıb ki, onunla soyuqluğum olsun. Füzuli Məmmədovla uzunmüddətli səfərə çıxmışıq. Futbolun emosionallığı ondadı ki, futbolçular kimi məşqçilər də belə insident yaşayırlar. Amma bunlar elə meydanda qalır. Füzuli Məmmədovla oyundan sonra görüşməmişəm. Yəqin ki, ya sabah zəng edəcəm, ya da bu gün zəng edib danışacam".

Əhmədov 3 xalın onlar üçün çox əhəmiyyətli olduğunu deyib:

"Bu 3 xal bizə lazım idi. Komandamız möhtəşəm oynadı. Son oyunlarda qol imkanı yaradaraq, fərqlənə bilmirdiksə, bu gün geridə olduğumuz oyunda əzmkar qələbə qazandıq.

48 yaşlı mütəxəssis komandanın qışda daha da güclənməyə ehtiyacı olduğunu vurğulayıb:

"Hələ siyahı hazırlamamışam. Yeni nəfəs istəyirik. 3 oyunçuya, o cümlədən, 1 hücumçuya ehtiyacımız var. Qarşıda 3 çətin görüşümüz olacaq. Heyətdə dəyişikliklər edəcəyik. Amma indidən bu haqda danışmaq tezdi".

Baş məşqçi Sezar Meza Kollinin çıxışından razılıq ifadə edib:

"Hər bir komandada lider futbolçu olmalıdı. Dani Kintana zədələnəndən sonra "Qarabağ" APOEL-ə qarşı oynaya bilmədi. Sezarın liderliyi göz önündədi. Onun komandaya xeyri varsa, niyə də yararlanmayaq? Futbolçuları motivasiya etmək üçün fərqli üsul seçmişdim və bunun bəhrəsini gördük. Meza Kolli bundan da yaxşı çıxış edə bilər".

Digər Xəbərlər
Xəbər Lenti