"Yurçeviçin məni milliyə dəvət edəcəyinə inanmıram"

6 Noyabr 2019 17:47 Şamaxı 897
"Yurçeviçin məni milliyə dəvət edəcəyinə inanmıram"

“Keşlə”nin futbolçusu Ruslan Qurbanov Sportinfo.az-a müsahibə verib:

- “Keşlə” bu həftə “Neftçi” ilə oynayacaq. Komandanızın qələbə şanslarını necə qiymətləndirirsən?
- "Neftçi” son oyunlarda qalib gəlir. Yaxşı formadadırlar. Maraqlı görüş olacağını düşünürəm. “Neftçi” ilə görüşə son oyun kimi çıxacağıq.

- Rəqibin son vaxtlar yüksəlişdə olması sizi narahat etmir?
- “Neftçi”nin yüksəlişdə olması bizi qorxutmur. Bizim məqsədimiz hər oyunu məğlubiyyətsiz başa vurmaq və mümkün qədər çox xal toplamaqdır.

- İlk dövrədə “Neftçi” sizi məğlub edə bilmədi. Amma azlıqda qalan rəqibə siz də qol vura bilmədiz. Yəqin ki, bu dəfə oyun fərqli keçər?
- Həmin oyunda qalib də gələ bilərdik, uduza da bilərdik. Amma məncə, 0:0 ədalətli nəticə idi. Bu dəfə “Neftçi”yə qalib gəlmək istəyirik. Necə alınacağını zaman göstərəcək.

- "Keşlə” son turda “Səbail”ə qalib gələ bilmədi. Oyunun gedişində sanki Tərlan Əhmədov səndən narazı idi. Bu barədə söhbətiniz olmadı?
- Təəssüf ki, hava şəraiti istədiyimiz oyunu göstərməyə mane oldu. Əsas odur ki, uduzmadıq və bir xal qazandıq.

- Bu həftə keçiriləcək turdan sonra çempionatda iki həftəlik fasilə yaranacaq. Bunun sizin üçün hər hansı mənfi və ya müsbət təsiri olacaq?
- Bunu Tərlan Əhmədovdan soruşsanız, daha yaxşıdır. Çünki o, bunu məndən yaxşı bilir.

- Cari mövsüm hələ ki, “ASK Arena”da oynaya bilməmisiniz. Ehtimal edilir ki, 12-ci turdan sonra ev oyunlarınızı öz stadionunuzda keçirəcəksiniz. Ümumiyyətlə, çempionatda ev-səfər ab-havası hiss olunmur?
- Əlbəttə, öz meydanımızda oynamaq yaxşıdır. Hələ ki, meydança hazır deyil. Harada oynamağımızdan asılı olmayaraq, bütün görüşlərdə 3 xal üçün mübarizə aparmaq lazımdır.

- Milli komandamız evdə Uels, səfərdə Slovakiya ilə qarşılaşacaq. Son müsahibəndə Nikola Yurçeviçin səni milliyə dəvət edəcəyinə inanmadığını söyləmişdin. Bu dəfə xorvatiyalı məşqçi fikrini dəyişməz ki?
- Bəli, Nikola Yurçeviçin məni milliyə dəvət edəcəyinə inanmıram. Milli komandamıza uğurlar arzu edirəm. Uelsi Bakıda buraxmaq olmaz. Rəqibin heyətindəki ulduzların adı bizi qorxutmamalıdır. Biz evdə Uelsə qalib gələ bilərik. Buna əminəm. Uelsdəki görüşdən sonra bu fikirdəyəm. Slovakiya ilə matça gəlincə, kompakt oynaya bilsək, onlara qarşı da mübarizə aparmaq olar. Əks-hücumlarda da rəqibi tuta bilərik. Ağır oyunlar olacaq, amma millimizə, uşaqlara inanıram.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı