Xeyir ola, qırmızı geyinirsən, Tərlan Əhmədov?

5 Noyabr 2019 20:12 Şamaxı 959
Xeyir ola, qırmızı geyinirsən, Tərlan Əhmədov?

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov növbəti dəfə diqqət mərkəzinə düşüb. Sportinfo.az-ın məlumatına görə, o, komandanın futbolçusu İlkin Qırtımova məxsus gödəkçəni götürüb və geri qaytarmayıb.

"Fart"a inanan çalışdırıcı üzərində "2" yazılmış geyimin ona uğur gətirdiyini deyərək, Qırtımovu çıxılmaz vəziyyətdə buraxıb.

Əhmədov bildirib ki, texniki zonada qırmızı rəngli gödəkçədə əyləşəndə, özünü mənfi qüvvələrin təsirindən uzaq hiss edir, bu da cari mövsümün ilk 10 həftəsində 16 xal toplamalarına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti