Əhmədov Axundovun qəbuluna düşmək üçün…  

3 Noyabr 2019 21:30 Şamaxı 1 140
Əhmədov Axundovun qəbuluna düşmək üçün…  

Premyer Liqanın son turunda "Keşlə"nin "Səbail"i məğlub edə bilməməsi (0:0) klubun rəhbəri Zaur Axundovu qəzəbləndirib.

Sportinfo.az-ın məlumatına görə, "Keşlə"nin Müşahidə Şurasının sədri matçdan sonra baş məşqçi Tərlan Əhmədovun görüşmək təklifini geri çevirib. Əhmədov isə çıxış yolunu 2 futbolçuya ağız açmaqda görüb.

O, Rəşad Sadiqovla Əfran İsmayılovdan Axundovun onu qəbul etməsinə köməklik göstərmələrini istəyib.

Baş məşqçinin adıçəkilən oyunçulara ağız açması təsadüfi deyil. Axundov bir neçə dəfə iclaslarda Rəşada və Əfrana müsbət yanaşdığını dilə gətirib.

Digər Xəbərlər
Xəbər Lenti