Tərlan Əhmədov: "Səbail" daha istəkli və aqressiv idi"

2 Noyabr 2019 18:27 Şamaxı 534
Tərlan Əhmədov: "Səbail" daha istəkli və aqressiv idi"

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın X turunun "Səbail"lə səfər oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb. Sportinfo.az xəbər verir ki, o, əvvəlcə qolsuz bərabərliyi şərh edib.

- Bu gün futbolçularıma da demişdim ki, meydanda çətin mübarizə olacaq. Çünki hava şəraiti oynamağa imkan vermirdi. Bu cür havada düzgün oynamaq lazım idi. Topa sahib ola bilmədik. Bir qol oyunun taleyihi həll edə bilərdi. Açığı, bu gün "Səbail" daha istəkli və aqressiv idi.

- Bu stadionda 3 oyuna 5 xal qazanmısınız. Bu nəticəni qənaətbəxş sayırsınız?

- Demək olar, hələ bütün matçlarımızı səfərdə oynayırıq və buna görə qənaətbəxş saymaq olar.

- Bu gün paraqvaylı legionerlərinizin oyunu alınmadı. Həm Sezar Meza Kolli, həm də Lorenzo Frutos zəif təsir bağışladılar. Onlara daha çox ötürməylə oynamağı tapşırsaz da, çox top itirirdilər...

- Sezar çox texnikalı futbolçudu. Heç kim istədiyi oyunu nümayiş etdirə bilmədi. Bəlkə də Lorenzo Azərbaycanda belə hava şəraiti ilə ilk dəfə üzləşir. Eləcə də Flores. Onlar üçün belə küləyin olması təəccüblüdü.Tək paraqvayalılar yox, bütün komanda tələb etdiyimiz oyunu göstərə bilmədi. Qarşıya ümidlə baxmalıyıq. Getdikcə hava şəraiti daha sərt olacaq. Kuboku da nəzərə alsaq, qış fasiləsinədək hələ 6 oyunumuz var. Belə hava şəraitinə ilk növbədə psixoloji cəhətdən hazır olmalıyıq. Ehtiyat skamyamız da yoxdur. Qışda komandaya bir neçə futbolçu cəlb olunacaq - 2 legioner, 1-i yerli.

Digər Xəbərlər
Xəbər Lenti