Giqqz Azərbaycanla oyunun heyətini niyə açıqlamır?

2 Noyabr 2019 19:47 Şamaxı 798
Giqqz Azərbaycanla oyunun heyətini niyə açıqlamır?

AVRO-2020-nin seçmə qrup mərhələsində son oyunlarını keçirəcək Uels millisinin heyətinin açıqlanacağı tarix müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz Azərbaycan və Macarıstanla qarşılaşmaların heyətini gələn həftə elan edəcək.

Britaniya KİV-i gənc mütəxəssisin siyahısının hazır olduğunu vurğulayıb. Sadəcə, sual doğuran bəzi məqamlara görə, çalışdırıcı daha bir neçə gün gözləmək qərarına gəlib.

O, xüsusən də, zədəlilərin son durumunu öyrənmək və siyahıdakı oyunçuların həftəsonu çempionat matçlarında göstərəcəyi performansı nəzərdən keçirmək istəyir.

Giqqzi ən çox Qaret Beyl və Aaron Remsinin durumu narahat edir. Bir müddətdi yaşıl meydanlardan uzaq qalan komandanın liderlərinin vəziyyəti hələ də ürəkaçan deyil. Düzdür, Remsi "Yuventus"un son çempionat oyununda 31 dəqiqə meydanda olub.

Lakin oyun praktikasından əziyyət çəkməsi baş məşqçini tərəddüd içində qoyur. Beyl isə "Real"da hələ də fərdi məşqlərlə kifayətlənir. Onun sabah "Betis"lə La Liqa matçında iştirak edib-etməyəcəyi Giqqzin qərarına təsir göstərəcək.

Ada təmsilçisinin çalışdırıcısı konkret olaraq noyabrın 5-də yekun heyəti açıqlayacaq. Noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti