"Revanşdan söhbət getmir" - "Keşlə"nin kapitanı

2 Noyabr 2019 13:19 Şamaxı 1 229
"Revanşdan söhbət getmir" -

"Səbail"lə oyuna çox ciddi hazırlaşmışıq. Bilirik ki, rəqibin də təhlükəli oyunçuları var. Əks-hücumlara yaxşı çıxışlar, biz öz növbəmizdə üç xal üçün çıxacağıq oyuna".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin kapitanı Slavik Alxasov deyib.

“Keşlə” Premyer Liqanın 10-cu turu çərçivəsində “Səbail”lə qarşılaşacaq. Alxasov, ilk dövrədəki 1:2 hesablı məğlubiyyəti də xatırlayıb: "İlk dövrədəki oyunu uduzmuşduq. Amma heç bir revanşdan söhbət getmir. Biz sadəcə, komanda olaraq bugünki oyuna maksimum nəticə üçün çıxacağıq".

Komandanın kapitanı “Səbail”in son oyunlardakı uğursuzluğuna bu cür münasibət bildirib: “Səbail” uduzduğu matçlarda da pis oyun göstərməyib. Sadəcə, qol imkanlarından istifadə edə bilməyiblər. Bir az bəxtsizlikləri olub. Bizi çox ağır oyun gözləyir. Çünki onlar da qələbə qazanmağı hədəfləyib”.

Müdafiəçi turnir cədvəlində ikinci pilləyə yüksəlmək şanslarını da dəyərləndirib: "Neftçi" və "Qarabağ" güclü komandalardır. Onların çox keyfiyyətli oyunçuları var. Biz öz oyunumuzu fikirləşirik, istəyirik ki, maksimum öz xallarımızı qazanaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda