Stanislav Namaşko: "Bu cür oynamaq olmaz"

27 Oktyabr 2019 14:19 Şamaxı 655
Stanislav Namaşko: "Bu cür oynamaq olmaz"

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Premyer Liqanın 9-cu turunun "Qəbələ" ilə (2:1) görüşündən sonra Sportinfo.az-a müsahibə verib:

- “Qəbələ” ilə oyunda rahat qələbə qazana bilərdiniz, amma ikinci hissə fərqli keçdi. Hətta uduzmaq ehtimalınız da var idi.
- Bəli, çətin oyun alındı. Əvvəlki görüşlər də ağır keçib. 9 tur ərzində hansısa oyunun asan olduğunu xatırlamıram. Düzdür, ilk dövrədə “Qəbələ”ni 4:0 hesabı ilə məğlub etmişdik. Amma həmin oyun da çətin alınmışdı. Bu görüş də çətin və əsəbi keçdi. Ancaq sonda qalib gəlməyi bacardıq.

- Hesab 2:1 xeyrinizə olarkən komandanızı real qoldan xilas etdiniz. Həmin epizodu necə xatırlayırsınız?
- Vəziyyətə uyğun davrandım. Bəzən bəxtin gətirir, bəzən də düzgün yer seçirsən. Sadəcə öz işimi gördüm.

- Hesab oyuna görə oldu?
- Qol imkanlarımız çox idi. Bizim problemimiz qol imkanlarını dəyərləndirə bilməməyimizdir. İstifadə edə bilmirik, daha sonra qapımıza tərəf təhlükəli əks-hücumlar olur. Bu birinci dəfə deyil. Ötən turda “Sabah” bizi cəzalandırmışdı. “Qəbələ” ilə oyunda buna yol verməməli olduğumuzu bilirdik. Hesabda öndə olarkən bir az arxaya oturduq. “Sabah”la görüşdə də bu cür olmuşdu. Məncə, belə oynamaq olmaz. Həmin səhvləri düzəltmək lazımdır.

- Hazırda “Keşlə” turnir cədvəlinin ikinci pilləsindədir. Bu cür çıxış edəcəyinizi gözləyirdiz?
- Bu haqda düşünmürdüm. Hər zaman qarşıdakı oyunu fikirləşirəm. Mənim üçün vacib olan “Qəbələ” oyunu idi, indi isə “Səbail”ə qarşı keçirəcəyimiz matç. Bu dəqiqə hansı pillədə olmağımız o qədər də önəmli deyil. Onsuz da hər şey çempionatın sonunda bilinəcək. Çox çətin oyunlar gedir. İstənilən məğlubiyyət turnir cədvəlində bizi bir neçə pillə aşağı sala bilər.

Digər Xəbərlər
Xəbər Lenti