"Qəbələ" ayılsa da… - FOTOLAR

27 Oktyabr 2019 10:10 Şamaxı 488
"Qəbələ" ayılsa da… - FOTOLAR

Azərbaycan Premyer Liqasında IX tura start verilib. Sportinfo.az xəbər verir ki, açılış matçında "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gəlib. "ASCO Arena"da keçirilmiş matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı artıq 32-ci saniyədə "Keşlə"nin hücumçusu Lorenso Frutos açıb. Paraqvaylı hücumçu qollarının sayını 5-ə çatdıraraq, bombardirlər siyahısında şəriksiz liderə çevrilib. Bu hücumun qurulmasında iştirak etmiş Sezar Meza Kolli 42-ci dəqiqədə özü fərqlənib.

"Qəbələ"nin təsəlli qolunu isə 59-cu dəqiqədə Davit Volkov vurub. Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. "Qəbələ" isə 6 xalla 7-ci pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti