Tərlan Əhmədov xahiş etdi, "Keşlə" maaşını qaldırdı

20 Oktyabr 2019 16:32 Şamaxı 1 280
Tərlan Əhmədov xahiş etdi, "Keşlə" maaşını qaldırdı

"Keşlə" rəhbərliyi baş məşqçisi Tərlan Əhmədovun əməkhaqqını artırıb. Sportinfo.az-ın məlumatına görə, onun maaşı 5000 manatdan 7000 manata qaldırılıb.

Bu, ötən ilin payızında komandanın sükanı arxasına keçən mütəxəssisin çoxsaylı xahişlərindən sonra rəsmiləşib.

Müqayisə üçün deyək ki. Əhmədov bundan əvvəl "Neftçi"də də işə 5000 manat məvaciblə başlamışdı. 2018-ci ilin yanvarında isə maaşı 7500 manata yüksəldilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti