"Son dəqiqələrdə qol buraxdığımıza görə pis oluram"

19 Oktyabr 2019 22:07 Şamaxı 590
"Son dəqiqələrdə qol buraxdığımıza görə pis oluram"

"Bilirdik ki, oyun çətin olacaq. Vurduğum qolun komandaya yenə qələbə gətirməsini istəyərdim. Amma qismət belə imiş".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin “Sabah”la oyunda yeganə qolunun müəllifi Vüsal İsgəndərli deyib. Bu komandaların ilk dövrədəki görüşündə də yeganə qolun müəllifi olan İsgəndərli "Sabah"la bərabərə qalmaqlarını pis nəticə hesab etməyib: "Sabah"la oyunda bir xal da pis nəticə deyil. Qismətimiz belə imiş. Qol imkanlarımız var idi. “Sabah”ın da iki dəfə dirəkdən dönən topu oldu. Amma bir az ustalıq səviyyəsi artsaydı, 1:0-dan sonra ikinci qolumuzu da vura bilərdik. Ruslan Qurbanov, Sezar Meza Kolli oynamadı. Özüm də qripə yoluxmuşdum. Mənim üçün də çətin idi. Bir xala da şükür. Sadəcə son dəqiqələrdə qol buraxdığımıza görə pis oluram".

Qol vurduqdan sonra bunu hərbi salamla qeyd edən futbolçu həmin məsələ haqda bu cür danışıb: “Türkiyədəki və Azərbaycandakı əsgərlərə görə bu cür etdim. Ən yaxın dostum da hərbi xidmətdədir. Allah bütün əsgərləri qorusun”.

“Keşlə”nin aparıcı üzvünə çevrilən forvard qarşıdakı turda qarşılaşacaqları “Qəbələ” barədə fikirlərini söyləyib: “Qəbələ” döyüşkən, mübariz komandadır. Biz də rahat da deyilik, narahat da deyilik. Üç xal üçün mübarizə aparacağıq. Həmin oyuna da ciddi hazırlaşacağıq. Hamı bilir ki, hamıdan üstün bir komanda var, o da “Qarabağ”dır. Amma digər 7 komandanın hamısı eyni səviyyədədir. Bütün komandalar avrokuboklar üçün oynayır".

Digər Xəbərlər
Xəbər Lenti