Tərlan Əhmədov: "Ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq mümkündür"

19 Oktyabr 2019 21:34 Şamaxı 1 158
Tərlan Əhmədov: "Ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq mümkündür"

"Mənim üçün gözlənilməz ssenari alındı, müdafiə futbolu oynadıq. Görünür, rəqib bizi yaxşı analiz edib. Buna baxmayaraq qol şanslarımız oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın VIII turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçədən sonra söyləyib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, nəticə ədalətlidir: "Hər iki komanda qol imkanlarından yararlana bilsəydi, bol qollu oyun olacaqdı. Yaralı yerim ehtiyat skamyasında oyunu gücləndirəcək futbolçu tapa bilməməyimidir. Bunu bəhanə etmək istəmirəm. Ancaq ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq mümkündür".

Əhmədov komandalar fasiləyə yollanan zaman "Keşlə" rəsmiləri ilə əyləşən bir şəxsin komandanın futbolçusu Rəşad Sadiqova kobud şəkildə irad tutmasına da münasibət bildirib: "Soyunub-geyinmə otağında Rəşadı əsəbi gördüm. Dedilər belə bir şey olub. Kim olduğunu bilmədim".

Digər Xəbərlər
Xəbər Lenti