"Sabah" büdcə və heyət cəhətdən çox rəqibdən üstündür"

19 Oktyabr 2019 16:35 Şamaxı 703
"Sabah" büdcə və heyət cəhətdən çox rəqibdən üstündür"

“Hazırlığımız normal keçdi. Hazırda turnir cədvəlində ikinci pillədəyik. Yuxarı pillələrdə qalmaq üçün ciddi hazırlaşmaq lazımdır. Hamımız bunu yaxşı dərk edirik. Fasilədən yaxşı yararlandıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Təcrübəli yarımmüdafiəçi bu gün Premyer Liqanın 8-ci turu çərçivəsində qarşılaşacaqları “Sabah”la oyun barədə danışıb: “İlk dövrədə “Sabah”a çətinliklə qalib gəlmişdik. Çətin oyun alınmışdı. “Sabah” indi sonuncu pillədə olsa da, yenə də çətin olacağını dərk edirik. Onlar həm büdcə, həm də heyət cəhətdən çox rəqibdən üstündür. Ola bilər, bir az çətinlikləri var. Amma əminəm, meydana qələbə qazanmaq üçün çıxacaqlar. Çox maraqlı oyun olacaq. Tərlan Əhmədovun verdiyi tapşırıqları layiqincə yerinə yetirib oyunu maksimum nəticə ilə başa vurmaq istəyirik”.

İsmayılov əvvəlki formasını bərpa etdiyini bildirib: “Çempionat çox çətin keçir, ikinci dövrə başlayır. Çətin olacaq. Ən yaxşısını etməyə çalışacağıq. “Keşlə”nin həmişə adı, şəraiti, yaxşı rəhbərliyi, yaxşı baş məşqçisi olub. Mən də formamı bərpa etmişəm. 90 dəqiqə olmasa da, mümkün qədər oynamağa çalışıram. Komanda üçün əlimdən gələni edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu