"Tərlan Əhmədovu yarı yolda qoyub gedə bilmərəm"

17 Oktyabr 2019 13:26 Şamaxı 875
"Tərlan Əhmədovu yarı yolda qoyub gedə bilmərəm"

“Keşlə”nin yarımmüdafiəçisi Tural Bayramlı karyerasını Latviyada davam etdirə bilər.

Sportinfo.az-a açıqlama verən U-21-in futbolçusu bir neçə klubdan təklif aldığını deyib :

“Latviyadan təklif alsam da, indi fikrimi tam olaraq “Keşlə”dəki çıxışıma yönəltmişəm. Komandanı yarı yolda qoyub gedə bilmərəm. Tərlan Əhmədovun mənə olan inamını yerə vura bilmərəm. Ona çox şeyə görə borcluyam”.

“Keşlə” ilə müqaviləsi yayda başa çatacaq futbolçu təkliflər olsa da, Avropaya qayıtmaq fikrində deyil: “Avropanın 2-3 klubundan təklifim var. Amma komandanı yarı yolda qoyub getmək doğru olmaz".

Digər Xəbərlər
Xəbər Lenti