"İnanıram ki, millimiz Budapeştdə uduzmayacaq"

11 Oktyabr 2019 22:58 Şamaxı 534
"İnanıram ki, millimiz Budapeştdə uduzmayacaq"

"Millimizin Bəhreynlə görüşünü izlədim. Məğlub durumda olsaq da, yığmamızın qalib gələcəyinə inanırdım. Səfərdə qalib gəldiklərinə görə şadam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında milli komandamızda çıxış etmiş Ruslan Qurbanov deyib.

Qurbanov yığmamızın iki gün sonra AÇ-2020-nin seçmə mərhələsində Macarıstana qarşı keçirəcəyi oyun haqda danışıb. "Keşlə"nin hücumçusu yığmamızın Budapeştdə uğurlu nəticə qazanacağına inanır: "Düşünürəm ki, yığmamız Budapeştdə daha da yaxşı çıxış edəcək. Macarıstan millisindən bir xal götürə bilərik. Bu mənim şəxsi fikrimdir. Macarıstan yaxşı komandadır. Amma Xorvatiyaya qarşı oynadığımız kimi onlara qarşı da oynaya bilərik. Macarlar Xorvatiyaya uduzduqlarına görə bizimlə görüşdə qələbə üçün oynayacaqlar. Millimiz isə öz oyununu göstərməlidir. İnanıram ki, millimiz Budapeştdə uduzmayacaq. Əlbəttə ki, istənilən xal sıfır xaldan yaxşıdır".

Qurbanov Nikola Yurçeviçin onu milliyə dəvət etməməsinə isə bu cür şərh verib: “Hazırda Yurçeviç bu cür qərar verir. Mənim işim futbol oynayıb, öz klubuma xeyir verməkdir. Əlimdən gələni edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti