"Bakıda qalacam, Paraqvaya dekabrda yollanacam"

7 Oktyabr 2019 19:52 Şamaxı 738
"Bakıda qalacam, Paraqvaya dekabrda yollanacam"

"Külək olduğuna görə çətin oyun alındı. İstədiyimiz kimi oynamağımız çətin idi. Amma qol şanslarımız da var idi, hamımız sona qədər vuruşduq". Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli deyib.

Premyer Liqanın 7-ci turunda "Sumqayıt" səfərində 0:0 hesablı bərabərliyə razı olan "Keşlə" birinci dövrəni turnir cədvəlində ikinci kimi başa vurdu. Meza Kolli həm "Sumqayıt"la oyunda əvəzlənməsindən, həm də ilk dövrəni ikinci pillədə başa vurmaqlarından danışıb: "İlk yarıda kürəyimdən zədə almışdım. İstənilən halda baş məşqçinin verdiyi qərarlara hörmətlə yanaşıram.

İlk dövrə bütün komandalar üçün çox çətin alındı. Biz ilk dövrəni ikinci kimi başa vurduq. Bu cür işləməyə davam edəcəyik ki, yaxşı nəticələr qazanaq. Hər bazar gününü qalib kimi başa vurmaq istəyirəm. Çempionluğa hansı komanda favoritdir? Məncə, bütün komandalar favoritdir. Onların sayı az deyil".

Ölkə çempionatında fasilə yaransa da, Sezar ölkəsinə getmək haqda düşünmədiyini və Bakıda qalacağını söyləyib: “Mən Bakıda qalacam. Ailəmi görmək üçün dekabrda Paraqvaya yollanacam".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı