Tərlan Əhmədov: "Bəhanə gətirmək istəmirəm"

5 Oktyabr 2019 19:20 Şamaxı 427
Tərlan Əhmədov: "Bəhanə gətirmək istəmirəm"

"Komandamızda ilk yarıda müəyyən arxayınçılıq var idi. Fasilədən sonra açıq futbol izlədik. Zənnimcə, ədalətli nəticədi. Hər iki komanda qalib gələ bilərdi. Futbolçularımdan razı qaldım".

Sportinfo.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 7-ci turunda keçirilən "Sumqayıt" - "Keşlə" matçından sonra Tərlan Əhmədov deyib. Rəqib komandanın baş məşqçisi Sumqayıt səfərində qazanılan bir xalı şərh edib: "Sumqayıt" bizdən 2 gün əvvəl oynamışdı. Bu da cəmi 4 gün hazırlaşmağımızı şərtləndirdi. Bir qədər Sezarda ağrılar var idi. Bu da ön xətdə bir qədər inamsız oynamağımızı şərtləndirdi".

Əhmədov havanıın küləkli olmasını qabartmaq istəmədiyini söyləyib: "Mən bəhanə gətirmək istəmirəm. Ona görə də havanın küləkli olmasını qabartmadım. Əlbəttə, fasiləyə qədər küləyə qarşı oynamağımız istədiyimiz futbolu sərgiləməyə mane olurdu. Ancaq biz peşəkar klubuq, istənilən hava şəraitində oynamağa hazır olmalıyıq".

Sonda isə 47 yaşlı mütəxəssis "Keşlə"nin ilk dövrədəki çıxışını dəyərləndirib: "Bundan da yaxşı ola bilərdi. Müəyyən oyunlar oldu ki, qalib gələ bilərdik, eləsi oldu ki, məğlubiyyətə layiq deyildik. Ancaq bu xalı da qənaətbəxş nəticə sayıram. Deməli, buna layiq olmuşuq ki, onu da qazanmışıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”