"Keşlə" və "Sumqayıt" arasında oyunlar həmişə çətin alınır"

5 Oktyabr 2019 16:11 Şamaxı 414
"Keşlə" və "Sumqayıt" arasında oyunlar həmişə çətin alınır"

"Sumqayıt"a qarşı oyun çətin keçəcək. Mən "Sumqayıt"da oynayanda da elə idi. "Keşlə"yə qarşı oyunlar çətin keçirdi. Bu iki komanda arasınla oyunlar asan olmayıb, çətin alınır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Onun fikirlərinə görə, “Keşlə” Premyer Liqanın 7-ci turunun “Sumqayıt”la oyununda qələbə üçün çıxacaqlarını bildirib:

“Sumqayıt” yaxşı komandadır, yaxşı baş məşqçisi var. Biz də yaxşı formadayıq. Gərgin oyun olacaq. Səfərdə oynasaq da, gücümüzə inanırıq. Ən yaxşısını edib, qələbə qazanaraq seriyanı davam etdirmək və turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaq istəyirik.

“Birinci dövrə hələ heç nə demək deyil. Çünki qarşıda hələ üç dövrə var. Əsas odur ki, oyun tərzimizi zəiflətməyək, mübariz və əzmkar birliyimizi azaltmayaq. İstəyirik ki, dövrənin son oyununu qələbə ilə başa vurub, qısa tətilə yaxşı əhval-ruhiyyə ilə yollanaq” deyə Əfran İsmayılov fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!