Vüsal İsgəndərli: "Həmin hərəkəti özümə yaraşdırmadım"

30 Sentyabr 2019 20:47 Şamaxı 617
Vüsal İsgəndərli: "Həmin hərəkəti özümə yaraşdırmadım"

Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilən “Keşlə” – “Zirə” matçında (2:0) Ruslan Qurbanovun hesabı açmasından sonra sevincini aşkar şəkildə qeyd edən Vüsal İsgəndərli bu haqda danışıb.

O, 72-ci dəqiqədə əvəzlənən zaman “Zirə”nin ehtiyat oyunçular skamyası tərəfdən keçəndə “bravo uşaqlar, üçüncü qolu da vurmaq lazımdır” deməsi birmənalı qarşılanmayıb. Həm "Zirə" futbolçuları, həm də azarkeşlər tərəfdən. Sosial şəbəkələrdə "Keşlə"nin hücumameylli yarımmüdafiəçisini qınayan postlara rast gəlirik.

O, Sportinfo.az-a açıqlamasında deyib:

“Qol ötürməsi verdiyim üçün çox sevincli idim. O hərəkət sadəcə sevincimdən irəli gələn hiss idi. “Zirə” mənə doğma komandadır, bir gün yenə bu klubda oynaya bilərəm. Məndə “Zirə”yə qarşı heç nifrət yoxdur. Tam səmimi deyirəm. Samir Abasovla hər həm ilk hissə, həm də oyun bitəndən sonra danışdıq, heç bir problem yoxdur”.

Ötən mövsüm “Neftçi” – “Zirə” (2:2) oyununda fərqləndikdən sonra qol sevinci zamanı öz komandasının texniki zonasına tərəf dönərək söyüş söyən futbolçu buna görə peşmandır:

“Həmin hərəkəti düz etmədim. Futbolçuya, idmançıya yaraşmayan hərəkət idi. Futbola baxanların hamısından üzr istəmişdim. Hər zaman örnək oyunçu olmaq istəmişəm. Həmin hərəkəti özümə yaraşdırmadım. Ancaq vallah, həmin jest Samir Abasova qarşı deyildi. Onu kimə etdiyimi hər kəs bilirdi. O, həmin insandır ki, dörd il can qoyduğum klubdan məni bezdirdi və oradan ayrılmaq qərarına gəldim. Amma istər o vaxt, istərsə də indi "Zirə"də öz mövqeyimdə olan oyunçulardan zəif olmamışam. Tərlan Əhmədovun mənə böyük inamı, dəstəyi var. Öz üzərimdə işləyib, mənə güvənən insanların ümidini boşa vermirəm. Söz vermişəm ki, bu il milli komandaya kimi yüksələcəm”.

İsgəndərli “Neftçi” – “Keşlə” oyunun 78-ci dəqiqəsində əvəzlənən zaman su butulkasına zərbə vurmasına görə Tərlan Əhmədovun onu cəzalandırdığını söyləyib:

“Tərlan müəllim özü də futbolçu olub. Ona görə də bu cür məsələləri başa düşür. 80 dəqiqə oynamışam, 10 dəqiqə qalmış əvəzlənirəmsə, bu, baş məşqçiyə qarşı aqressiya ola bilməz. Sadəcə qol vurmaq üçün imkanım oldu, vura bilmədiyimə görə pis oldum. Təbii ki, cəza oldu. Məşqdə 100 dəfə “jim” etdim.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı