"Başqa variantımız yoxdur, üç xal qazanmalıyıq"

30 Sentyabr 2019 18:53 Şamaxı 517
"Başqa variantımız yoxdur, üç xal qazanmalıyıq"

"Keşlə" daha yaxşı oynadı. Bizim bir az bəxtimiz də gətirmədi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin müdafiəçisi Adrian Skarlatake deyib.

Rumıniyalı futbolçu Premyer Liqanın 6-cı turunda "Keşlə" iləı görüşdə komandasının uduzması barədə danışıb. O, 33-cü dəqiqədə zədələnərək meydanı vaxtından əvvəl tərk etməsi haqda danışıb:

"Bəxtsizlik də özünü göstərdi. Oyun başlayandan 20 dəqiqə sonra zədələndim və meydanı tərk etməli oldum. Hələ Miloş Bakraç da zədə səbəbindən oynamırdı. Meydanın ot örtüyü də fərqli idi. “Keşlə” oyunçuları meydanda daha çox qaçdı və daha çox mübarizə apardı, qalib gəldi.

Müdafiədə yaxşı oynayırdıq. Dörd oyuna cəmi 3 qol buraxmışdıq. "Zirə" üçün bütün oyunçular vacibdir. Çünki bizim o qədər də geniş seçimimiz yoxdur. "Keşlə" ilə matçöncəsi 100 faiz bərpa olunmamışdım, amma oynamaq istəyirdim".

Premyer Liqanın 7-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "Zirə" oyuna üç xal üçün çıxacaq. Təcrübəli stopper bu cür deyib:

"Qəbələ"yə qarşı oyun asan olmayacaq. Amma bizim başqa variantımız yoxdur, yalnız üç xal qazanmalıyıq. İkinci pillədən cəmi 3 xal geri qalırıq. Ona görə də qələbə bizim üçün çox vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti