"Azərbaycan çempionatı hər zaman çətindir" - MÜSAHİBƏ

28 Sentyabr 2019 11:50 Şamaxı 441
"Azərbaycan çempionatı hər zaman çətindir" - MÜSAHİBƏ

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Sportinfo.az-a müsahibə verib:

- Premyer Liqanın 6-cı turu çərçivəsində “Keşlə”ni “Zirə”yə qarşı oyun gözləyir. Matçla bağlı nə düşünürsən?

- Çox çətin oyun olacaq. Amma biz bu oyuna tam hazırıq. “Zirə”ni məğlub edəcəyimizə inanırıq.

- "Zirə" əvvəllər formasını geyindiyin klublar sırasındadır. Sabiq komandan haqda hansı fikirədəsən?

- "Zirə”də olduğum vaxtda əsl peşəkar kimi davranırdım, 100 faiz gücümü meydanda qoyurdum. İndi isə “Keşlə”dəyəm, evimdəyəm, komanda ilə ancaq qələbələr qazanmaq istəyirəm.

- Hazırda “Keşlə” turnir cədvəlinin üçüncü pilləsindədir. Bu sizi və ümumilikdə komandanı razı salır?

- Biz yuxarı pillələrdə ola bilərdik. Bu mövsüm biz hər oyuna qələbə üçün çıxmışıq. Bəzən alınıb, bəzən yox, amma hər oyunu qalib başa vurmaq istəmişik.

- "Keşlə"nin cari mövsümki məqsədi nədən ibarətdir?

- "Keşlə”də olduğum dönəmlərdə hər zaman biz avrokuboklar üçün oynamışıq. Bu mövsüm də biz bütün oyunları qalib başa vurmaq istəyirik. Ən yaxşı bacarığımızı ortaya qoymağa həvəsliyik.

- Azərbaycan Premyer Liqasında fərqli illərdə oynamısan. Necə düşünürsən, hazırkı liqa güclüdür, yoxsa “İnter” və ya “Zirə”də oynadığın dönəmdəki liqalar?

- Mən müqayisə etməzdim. Çünki Azərbaycan Premyer Liqası hər zaman çətindir.

- "Keşlə”dən ayrılaraq “Universitatya Krayova”ya keçmişdin. Amma orada çox oynamaq şansı almırdın. Bu nə ilə əlaqədar idi?

- "Universitetya Krayova”da məsələ başqa idi. Mən hər zaman oynamaq üçün hazır olsam da, şans verilmirdi. Bir ili orada keçirdim və bu haqda çox düşünmək istəmirəm. Çünki çox sayda zədələrim odlu. Amma indi yalnız “Keşlə”də uğurlu olmaq istəyirəm, bu haqda düşünürəm.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!