Əhmədov "Keşlə"də belə hücumçunun qədrini bilmədi - VİDEO

21 Sentyabr 2019 17:33 Şamaxı 1 945
Əhmədov "Keşlə"də belə hücumçunun qədrini bilmədi - VİDEO

Kipr yüksək liqasında üçüncü tura start verilib.

Sportinfo.az xəbər verir ki, Nikosiyanın "Olimpiakos" klubu evdə AEK-lə qarşılaşıb və 0:2 hesabı ilə geri düşdüyü oyunda heç-heçə edib - 2:2.

Komandanın bərabərlik qoluna 70-ci dəqiqədə Conatan Ayite imza atıb. Ötən mövsümü "Keşlə"də keçirmiş 34 yaşlı toqolu forvardın akrobatik zərbə ilə vurduğu qol hesabda tarazlıq yaradıb.

"Səbail"dən "Olimpiakos"a keçən Bilal Həmdi və Dilan Duventru da qarşılaşmanın iştirakçıları olub. Bilal ilk qolun ötürməsini edib.

Kipr çempionatında mübarizə aparan "Qarabağ"ın Avropa Liqasındakı rəqibi APOEL sentyabrın 23-ü "Enosis"in qonağı olacaq.

Ayitenin qalması "Keşlə"nin xeyrinə olardı. Bəli, yalnız "Keşlə"nin. Tərlan Əhmədovun isə yox… Toqolu legioner baş məşqçinin "əl-üzünü yumurdu". Sözün bütün mənalarında.

Əhmədov transferlər üzərindən öz «bazar»ını qurub. Həmin «bazar»ın ağası və darğası isə Kamil Məmmədovdur. «Keşlə»nin baş məşqçisi əsasən adıçəkilən menecerin gətirdiyi «məhsullar»a üstünlük verir.

O, əvvəl AZAL-da da, «Neftçi»də də belə edib. Aralarında elə bir «anlaşma» var ki, Əhmədov indinin özündə də Məmmədovun çaldığı havaya oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!