Bu məşqçi Azərbaycan klubundan ayrılacaq – Gürcü nə vaxt iş tapsa…

15 Sentyabr 2022 22:40 Şamaxı 1 253
Bu məşqçi Azərbaycan klubundan ayrılacaq – Gürcü nə vaxt iş tapsa…

Üç ay öncə “Şamaxı”da çalışmağa başlayan Miloş Yevtiç istənilən an Azərbaycandan ayrıla bilər.

Komandanın fiziki hazırlığına məsul olan serbiyalı mütəxəssisin buradakı fəaliyyəti Kaxaber Sxadadzedən asılıdır.

Gürcü məşqçi bundan sonra harada işləyərsə, balkanlı yardımçı da onun yanına yollanacaq. Yevtiç bununla bağlı “Şamaxı” funksionerlərinə xəbərdarlıq edib.

Yevtiç əvvəllər də Azərbaycanda çalışıb. O, ilk dəfə 2008-ci ildə bura gəlib,

“İnter”də (indiki “Şamaxı”) Kaxaber Sxadadzenin köməkşisi olub. Cavid Hüseynov onu elə həmin vaxt formasını geyindiyi “İnter”dən yaxşı tanıyır.

Yevtiçin son iş yeri Tbilisi “Donamo”su olub. Gürcüstan klubunda kazaber Sxadadze ilə çalışan mütəxəssis ötən ayın ortasında onunla bərabər buradan ayrılıb.

SPORTİNFO..AZ

Digər Xəbərlər
Xəbər Lenti