Premyer Liqa klubu sabiq baş məşqçisini "aşağı"ya göndərdi

19 Avqust 2022 11:40 Şamaxı 2 029
Premyer Liqa klubu sabiq baş məşqçisini "aşağı"ya göndərdi

«Şamaxı»nın sabiq baş məşqçisi Rüstəm Əliyev yenidən əsas komandadan uzaqlaşdırılıb.

Ötən mövsümün sonuna yaxın sükan arxasına keçən və beləcə, Sənan Qurbanovu əvəzləyən gənc mütəxəssis fəaliyyətini budan sonra akademiyada davam etdirəcək.

Cavid Hüseynovun məşqçi korpusunda yer almasını istəmədiyi Əliyev aşağı yaş qruplarının koordinatoru təyin edilib.

Əslində, bu, məcburiyyətdən irəli gəlir. O, mayda birillik yeni müqavilə imzaladığından, klubun üzərinə öhdəlik düşüb.

Çünki Əliyev kontraktına ikitərəfli xitam verilməsi üçün kompensasiya istəmək haqqına sahibdir. Əks halda, məhkəməyə müraciət etmək hüququnu da özündə saxlayır.

«Şamaxı»nın yeni rəhbərliyi adının belə bir neqativ prosesə qarışmaması xatirinə Əliyevi geri qaytarıb, fəqət, faktiki olaraq baş məşqçi səlahiyyətlərini yerinə yetirən Hüseynov yaxından tanımadığı şəxsin onunla çiyin-çiyinə çalışmasına razılıq verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti