Komandasının yeganə qolunu vuran hücumçu buna niyə sevinməsin?

16 Avqust 2022 21:00 Şamaxı 805
Komandasının yeganə qolunu vuran hücumçu buna niyə sevinməsin?

Premyer Liqanın 2-ci turu çərçivəsində Qəbələdə meydan sahibləri ilə “Şamaxı” arasında baş tutan oyundan birincilər qalib ayrıldı.

“Qırmızı-qaralar” rəqib müdafiəsində yaranan boşluqlardan maksimum istifadə edib ilk 20 dəqiqədə 3 qol vurdu ki, matç 3:1 hesabı ilə başa çatdı.

Oyunda diqqət çəkən məqamlardan biri rəqib qapısına təsəlli qolunu vuran Amil Yunanovun vurduğu topa sevinməməsiydi.

Bunu Amilin “Qəbələ”də yetişməsi ilə bağlamaq olardı. Ki, bir çox hallarda futbolçular uzun illər top qovduğu, yaxud futbolçu kimi yetişdiyi komandalara qol vuranda bunu coşqu ilə qarşılamır.

Sportinfo.az-a açıqlama verən səbəbkar addımının bölgə klubunda yetişməsi ilə bağlı olmadığını bildirib:

“Dediyiniz səbəbə görə sevinmədim deməzdim. Əvvəlki oyunlarda “Qəbələ”yə qol vuranda sevinmişəm.

Sadəcə bu dəfə hesabda böyük fərqlə geridəydik və vurduğum qolun həmin an üçün xüsusi önəmi yox idi.

Bəlkə də yenə fərqlənsəydim, sevinclə qeyd edərdim. Çünki belədə xal qazanmağımıza ümid artacaqdı”.

29 yaşlı hücumçu 2010-2014-cü illər aralığında 7 oyunda “Qəbələ”nin formasını geyinməklə 1 qola imza atıb. O, bu komandanın əvəzedici heyətində bombardir olub.

Digər Xəbərlər
Xəbər Lenti