Bölgə klubu "Qarabağ"ın hansı yarımmüdafiəçisinə GÖZ DİKİB?

2 Avqust 2022 20:00 Şamaxı 1 530
Bölgə klubu "Qarabağ"ın hansı yarımmüdafiəçisinə GÖZ DİKİB?

"Şamaxı"ı "Qarabağ"ın futbolçusunu heyətinə qatmaq istəyir.

Söhbət "ağdamlılar"ın yarımmüdafiəçisi İsmayıl İbrahimlidən gedir.

Hazırda Qurbanovun komandasında ciddi rəqabət var. 24 yaşlı yarımmüdafiəçi də bu rəqabətdə kölgədə qalan adlardan biridir.

Elə son 4 avrokubok matçında onun cəmi 26 dəqiqə şans qazanması bunu deməyə ciddi əsasdır.

Bölgə klubu futbolçunun düşdüyü hazırkı durumdan istifadə edərək son çempiona İbrahimlinin icarəyə verilməsi ilə bağlı müraciət edib. Qarşı tərəfdən isə hələ buna cavab verilməyib.

Azərbaycan milli komandasının da üzvü olan futbolçu 2018-ci ildən "Qarabağ"da çıxış edir. Onun hazırkı klubu ilə 2023-cü ilə qədər müqaviləsi olduğunu bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”