"Neftçi"yə lazım olmayan forvard bu şərtə razılıq vermədi

31 İyul 2022 16:00 Şamaxı 1 854
"Neftçi"yə lazım olmayan forvard bu şərtə razılıq vermədi

Millinin və «Neftçi»nin sabiq forvardı Mirabdulla Abbasov «Şamaxı»nın dəvətini geri çevirib.

Bir ay öncə paytaxt klubundan uzaqlaşdırılan hücumçu adıçəkilən əyalət təmsilçisində forma geyinmək istəməyib.

27 yaşlı ön xətt oyunçusunu ona təklif edilən müqavilə şərtləri razı almayıb.

Belə ki, «Neftçi»də ayına 10-12 min manat qazanmış Abbasov bundan 4-5 dəfə aşağı maaş ödəyən «Şamaxı» ilə əl sıxmağı məqbul hesab etməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti