"Ferentsvaroş"un bütün sirləri "Qarabağ"ın "ovcunda"

30 İyul 2022 14:40 Şamaxı 2 117
"Ferentsvaroş"un bütün sirləri "Qarabağ"ın "ovcunda"

«Qarabağ»ın təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin «Ferentsvaroş»la «Slovan» arasında keçirilən oyunları izləyib.

Azərbaycan çempionunun nümayəndəsi bu məqsədlə öncə Macarıstana, daha sonra Slovakiyaya səfər edib.

O, Budapeşt və Bratislavada baxdığı matçlar haqda geniş raport hazırlayıb.

«Ferentsvaroş» öz meydanında 1:2 hesabıyla uduzsa da, səfərdə 4:1 qalib gəlib və III təsnifat mərhələsində «Qarabağ»la qarşılaşmaq hüququ əldə edib.

"Qarabağ" bu komandaya qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"