Premyer Liqa komandası yoldaşlıq oyunu keçirir, mətbuatdan gizlədirlər

29 İyul 2022 21:20 Şamaxı 1 526
Premyer Liqa komandası yoldaşlıq oyunu keçirir, mətbuatdan gizlədirlər

Ciddi dəyişikliklərə məruz qalan “Şamaxı” mövsümlərarası fasilə dönəmində növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Bölgə təmsilçisi Azərbaycanın U-19 millisi ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan görüşdə qapılara top vurulmayıb.

“Qırmızılar” bununla da bu ay baş tutan növbəti sınaq görüşünü 0:0 hesabı ilə başa vurub. Şamaxılılar “Turan”a 0:1 hesabıyla uduzub, “Kəpəz”lə qolsuz bərabərliyə razılaşıb.

Premyer Liqaya hazırlaşan komanda yığma ilə oyun oynayır, klubun saytında və sosial şəbəkə hesablarında bir cümlə də yoxdur.

Nə anons yerləşdirilib, nə də oyunun yekun nəticəsi. Fotolar, heyətlər – hələ bunlarla işimiz yoxdur.

Yeni rəhbərliyin gəlişindən bəh-bəhlə danışıb, klubda görülən işləri tərifləyənlərin görüb-görəcəyi iş göz qabağındadır. Komanda bu gedişlə çempionatın startına qədər tökülüb-dağılmasa, yaxşıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!