Köç edən klub 18 il qaldığı "ev"ə qayıtmaq üçün icazə istədi

28 İyul 2022 16:00 Şamaxı 972
Köç edən klub 18 il qaldığı "ev"ə qayıtmaq üçün icazə istədi

«Şamaxı» rəhbərliyi Azərbaycan Sənaye Koorporasiyasına (ASK) müraciət edib.

Məqsəd ASK-ın balansında olan «ASK Arena»ya qayıdışa icarə əsasında icazə almaqla bağlıdır.

Bilindiyi kimi, paytaxtdan əyalətə köçən klub 2004-cü ilin yayında məskunlaşdığı bu məkanı iyunun ortasında tərk edib.

ASK icarə müqaviləsi bitən kimi «Şamaxı»ya qapını göstərib. Burada sabiq «bankirlər»ə aid nə varsa, hamısı boşaldıldı.

İndi akademiyanın fəaliyyətini harada davam etdirəcəyi blinmir. 8-13 yaş qrupları Şamaxının özündə formalaşdırılıb.

14 və daha yuxarı yaş qrupları hələlik paytaxtdan kənara çıxmayacaq. Çünki rayonda bu yaşları əhatə edən komandaları yaratmaq üçün potensial yoxdur.

«Şamaxı»lılar bugünə kimi bir çox idman qurpğularına baş çəkib, fəqət, münasib məkan və sərfəli qiymətə yer tapa bilməyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti